«AG Bank» yeni xidmətlərə başlayıb

«AG Bank» yeni xidmətlərə başlayıb
# 11 iyun 2012 09:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AG Bank» ASC-nin təqdim etdiyi «SpeedPass» xidmətlərindən «Visa Infinite», «Visa Platinum», «Visa Gold (Signature)» kart sahibləri yararlana biləcəklər. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmət sayəsində müştəri dünyanın ən çox gediş-gəlişinin olduğu hava limanında vaxtına qənaət edəcək, bütün formal proseduralardan diplomatik xətlə keçəcək və sənədləşmə işləri bitənə qədər lonjda gözləyəcək.

Bu xidmətə enişdən sonra, təyyarədən avtomobilin və ya taksiyə qədər yola salma, uçuş öncəsi müşayiət etmə (avtomobildən təyyarəyə minənə qədər), hava limanındakı bütün formal proseduraları tez keçmə və növbə gözləməmə daxildir. Əgər bronlaşdırma xidmətin göstərilməsindən 48 saatdan tez edilirsə, müştəri müşayiət xidmətini vaxtında və dolğun alsın deyə, tələb olunan formal proseduraların həyata keçirilməsi üçün [email protected] ünvanına sorğu göndərməlidir.

Bu xidmətlər yalnız «Premium-klass» müştəriləri üçün nəzərdə tutulub. Bu xidmət müştərilərə rahat və sakit səyahət təmin edəcək, növbələrdən azad edəcək və vaxta qənaət etdirəcək. Eyni zamanda dünyanın müxtəlif hava limanlarındakı VIP-lonjalarda müxtəlif imtiyazlarla təmin edəcək.

Bu xidmətdən yararlanmaq üçün, uçuşdan əvvəl www.airportspeedpass.com saytına daxil olaraq uçuş və enmə gününü, saatını, sərnişinlərin sayını və kart məlumatlarını daxil etmək kifayətdir. Sistem dünyanın hər bir hava limanında bu xidmətin qiyməti haqqında məlumat verəcək və 11%-lik endirim təqdim edəcək.

Qeyd edək ki, «Infınıte» kartının sahiblərinə 16% endirim verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR