Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 3 dəfə artıb

Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 3 dəfə artıb
# 11 iyun 2012 09:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Almaniya şirkətləri Azərbaycana birbaşa investisiya yatırmaqda maraqlıdır. “APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan 150 ölkə ilə ticarət əlaqələri qurub və Almaniya Azərbaycanın mühüm tərəfdaşlarından biridir: “İki ölkə arasında ticarət-iqtisadi əlaqələr ilbəil inkişaf edir. Azərbaycan statistikasına əsasən, 2011-ci ildə tərəflər arasında ticarət dövriyyəsi 2010-cu ilə nisbətən 2 dəfə, bu ilin ilk 4 ayı ərzində isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə artıb”.

N.Səfərov qeyd edib ki, hazırda avrozonada maliyyə böhranının müşahidə olunmasına baxmayaraq, iki ölkə arasında ticarət əlaqələri inkişaf edir: “Azərbaycan və Almaniya ticarət və investisiya sahəsində əməkdaşlığa dair işçi qrup yaradıb. Bu qrupun ilk iclası ötən il Berlində keçirilib, ikinci iclası isə bu ilin noyabrında Bakıda keçiriləcək. Hazırda Azərbaycanda 100-dən çox Almaniya şirkəti fəaliyyət göstərir. Onlar əsasən infrastruktur sahələrini əhatə edir. Eyni zamanda Azərbaycan şirkətlərinin də Almaniyada fəallığı artır”.

Azərbaycanda əlverişli biznes mühitinin olduğunu vurğulayan N.Səfərov deyib ki, Almaniya şirkətləri Azərbaycana birbaşa investisiya yatırmaqda maraqlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR