«Azərbaycan Sənaye Bankı» ilk dəfə «taksit kart» sistemini tətbiq edib

«Azərbaycan Sənaye Bankı» ilk dəfə «taksit kart» sistemini tətbiq edib
# 11 iyun 2012 11:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» (ASB) ilk dəfə olaraq «Milli Kart» Prosessinq Mərkəzi, «MasterCard» və «Kartek Bilişim İşbirliyi» ilə plastik kartlarda taksit sisteminin (hissə-hissə) tətbiqini uğurla həyata keçirib.
ASB-dən «APA-Economics»ə verilən məlumata görə, yeni kart məhsulu «Extra Card» adlanır. «Extra Card»la partnyor olan alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya malların dəyərini 12 ayadək faizsiz olaraq hissə-hissə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür.
«Extra Card» çeşidləri bonus xüsusiyyəti olan «Extra Card Maestro», həm taksit edən, həm də bonus qazandıran «Extra Card Standart», «Extra Card Gold», «Extra Card Platinum», «Extra Card Business» kredit kartlarıdır.
«Extra Card»ın səciyyəvi xüsusiyyətlərinə ilk dəfə on-line rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi, normal bir kredit kartının bütün xüsusiyyətləri ilə yanaşı alış-verişlərdə taksit edə bilməsi, yəni faizsiz hissə-hissə ödəməyə imkan verməsi, xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi, həmçinin tək bank hesabı ilə həm kart hesabının, həm də bütün bank əməliyyatlarının idarə edilməsi və filialdan bir dəfə təlimat verərək hər ay kredit kart borclarının avtomatik olaraq cari hesabdan ödənilməsi daxildir.
Həmçinin «Extra Card»la il boyu ölkə daxili və xaricində bütün bankomatlardan nağd pul almaqla yanaşı hər növ kommunal və rabitə ödənişlərini asanlıqla həyata keçirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR