«Azərqarant» şirkətinin daxilolmaları 47% artıb

«Azərqarant» şirkətinin daxilolmaları 47% artıb
# 11 iyun 2012 12:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərqarant» sığorta şirkətinin 2012-ci ilin yanvar-may aylarında topladığı sığorta haqlarının həcmi 749,7 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 47% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 98% artaraq 163,7 min manat təşkil edib.

Hesabat dövründə «Fərdi qəza sığortası» növü üzrə 457,5 min manat, KASKO sığortası üzrə 89,2 min manat, «Əmlakın yanğından və digər risklərdən sığortası» növü üzrə isə 88 min manat həcmində sığorta haqqı yığılıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 61%, 12% və 11,7% təşkil edib.

Ödənişlərə gəldikdə isə ən çox vəsait «Fərdi qəza və xəstəlik sığortası» (88,8 min manat və ya 12%), KASKO sığortası (20,3 min manat və ya 2,7%) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (6,9 min manat və ya 0,9%) növləri üzrə ödənilib.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyunun 1-nə şirkətin nizamnamə kapitalı 5,610 mln. manat təşkil edib. Şirkət 23 könüllü sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR