«AXA-Mbask» növbəti boulinq turniri keçirib

«AXA-Mbask» növbəti boulinq turniri keçirib
# 11 iyun 2012 14:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA-Mbask» sığorta şirkətinin boulinq üzrə Kubokunun XI illik turniri keçirilib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yarışda 60-dan çox komanda, o cümlədən, KİV, banklar, xarici və yerli şirkətləri təmsil edən komandalar iştirak edib.

Turnir 4 turdan ibarət olub və nəticədə ilk üç yerə çıxan komandalara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, «AXA-Mbask»ın kuboku uğrunda boulinq üzrə illik turnir müştərilərin loyallığının artırılması proqramı çərçivəsində keçirilir və ildən ilə bu yarış respublikada daha da populyar olur.

Xatırladaq ki, «AXA-Mbask» sığorta şirkəti 1992-ci ildən «Mbask» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. 2010-cu ilin oktyabr ayında «Mbask» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə yerli fiziki şəxsə məxsusdur.

Cari ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 6,731 mln. manat təşkil edib. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR