Vergilər Nazirliyi ilk beş ayda büdcəyə 2,5 mlrd. manatdan çox vəsait toplayıb

Vergilər Nazirliyi ilk beş ayda büdcəyə 2,5 mlrd. manatdan çox vəsait toplayıb
# 11 iyun 2012 16:01 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2 mlrd. 577 mln. 132,5 min manat təşkil edib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən bildirilib.

Vergi daxilolmalarının 41,3%-i mənfəət vergisinin, 22,9%-i əlavə dəyər vergisinin, 11,9%-i fiziki şəxslərin gəlir vergisinin, 6,9%-i aksizlərin, 17%-i isə digər vergilərin payına düşür.

Qeyri neft-qaz sektoru üzrə 1 mlrd. 354 mln. 256 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,6% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR