Yanvar-may aylarında 30 mindən artıq vergi ödəyicisi elektron qeydiyyata alınıb

Yanvar-may aylarında 30 mindən artıq vergi ödəyicisi elektron qeydiyyata alınıb
# 11 iyun 2012 16:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Yanvar-may aylarında respublika 32 256 yeni vergi ödəyicisi qeydiyyatdan keçib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən bildirilib.

Ötən ilin iyul ayının 1-dən cari ilin iyun ayının 1-dək 30 082 fiziki şəxs elektron qaydada qeydiyyata alınıb. Ümumilikdə 1 iyun 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 447 349 olub. 2012-ci ilin yanvar-may ayları ərzində respublika üzrə vergi bəyannamələrinin 91,8%-i elektron formada göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR