«Parabank» «Qazandıran rəqəmlər» adlı yeni layihəyə başlayıb

«Parabank» «Qazandıran rəqəmlər» adlı yeni layihəyə başlayıb
# 12 iyun 2012 12:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın “Parabank” ASC «Qazandıran rəqəmlər» adlı layihəyə start verib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, layihəyə əsasən «Facebook»da yerləşdirilmiş post-larda və məqalələrdə gizli kod rəqəmlər əlavə olunacaq. Üç həftə ərzində post məqalələri izləyib, kod rəqəmləri ardıcıllıqla qeyd edib təqdim edən iştirakçı «Parabank»dan hədiyyə qazanacaq. Layihədə qalib gələn iştirakçılara I yer üçün «Visa Platinum» və balansında 100 manat, II qalib «Visa Gold» və balansda 50 manat və sonuncu yerin qalibinə isə sadəcə «Visa Gold» kartı təqdim ediləcək.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR