«MilliKart» vasitəsi ilə plastik kartların emissiyası 10% artıb

«MilliKart» vasitəsi ilə plastik kartların emissiyası 10% artıb
# 12 iyun 2012 13:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MilliKart» Prosessinq Mərkəzi vasitəsi ilə emissiya olunan plastik kartların sayı aprelin 1-nə 210 min ədəd təşkil edib ki, bu da cari ilin əvvəlinə nisbətən 10% çoxdur.

Mərkəzdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə «MilliKart» tərəfindən xidmət olunan bankomatların sayı 1,6% artaraq 325-ə, POS-terminalların sayı isə 56% artaraq 5 010-a çatıb.

Təhlil olunan dövr ərzində «MilliKart»da xidmət olunan bankların ümumi sayı 12 (artım olmayıb), o cümlədən «VISA Inc.» təşkilatının üzvü olan bankların sayı 8 (artım olmayıb), «MasterCard Int.» təşkilatının üzvü olan bankların sayı 6 (yeni 1 bank qoşulub) və lokal kartlar emissiya edən bankların sayı isə 4 (yeni 1 bank qoşulub) olub.

Qeyd edək ki, 18 bank tərəfindən təsis edilən «MilliKart» MMC 2006-cı ilin oktyabrından fəaliyyət göstərir. Cari ilin iyunun 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR