«Bank of Baku» tibb işçiləri üçün güzəşt kampaniyası keçirir

«Bank of Baku» tibb işçiləri üçün güzəşt kampaniyası keçirir
# 12 iyun 2012 14:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC iyunun 13-dən etibarən tibb işçilərinin peşə bayramı (17 iyun) ilə əlaqədar güzəştli kredit kampaniyasına başlayır.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın şərtləriinə əsasən, bank Azərbaycan səhiyyə sisteminin işçiləri üçün istehlak və pul kreditlərinin illik faiz dərəcəsində 3%-lik endirimə başlayır. Bu kampaniya avtomobil, ipoteka və əmanətə bağlı kreditlərə şamil olunmur.
Kreditin maksimal məbləği 5000 manat ola bilər. «Bank of Baku» ilə razılaşması olan bir çox tibb müəssisəsinin işçiləri, habelə bankın təkrar müştəriləri, bu kampaniyadan arayışsız faydalana bilər. Kampaniya iyulun 31-dək davam edəcək.
Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR