“Bank of Baku”nun kredit kartlarının sayı 60 mini ötüb

“Bank of Baku”nun kredit kartlarının sayı 60 mini ötüb
# 13 iyun 2012 08:59 (UTC +04:00)
Bakı - APA-Economics. Pərakəndə bankçılıq sahəsində aparıcı mövqelərə sahib olan “Bank of Baku”nun kredit kart məhsulları bazarında toplam kartlarının sayı 60 mini aşıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hazırda bu kartlar vasitəsilə müxtəlif çeşidli mal və xidmətlərdən bəhrələnmək mümkündür. Belə ki, “Bank of Baku” hissə-hissə ödəniş layihəsi çərçivəsində “İDEAL Parfumery&Cosmetics” şirkəti ilə birgə artıq 21 minə yaxın kobrend kartı dövriyyəyə buraxıb. Artıq on minlərlə şəxs ən müasir parfümeriya məhsullarını məhz kredit kartla əldə edir.
Ötən ilin sonu isə “Bank of Baku” “Bolkart” kredit kartını dövriyyəyə buraxıb. Alınan malın dəyərini aylara bölüb hissə-hissə ödəməyə imkan verən “Bolkart”ı qısa müddət ərzində 19 mindən çox şəxs əldə edib və bu rəqəm mütəmadi şəkildə artır. Bu gün “Bolkart”la ölkəmizin 300-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür. Bu kredit kartı ilə adlı-sanlı geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında, həmçinin restoran və supermarketlərdə istifadə etmək olar. Lakin “Bolkart” sahibləri yalnız alış-veriş etməklə kifayətlənmir. Onlar həmçinin kartlarını vaxtaşırı nağdlaşdırma imkanını da əldə edir. Bu gün “Bolkart”la 65 000-ə yaxın əməliyyat həyata keçirilib.
“Bank of Baku” digər tərəfdaşı olan “MYBRAND’S” geyim mağazaları ilə bərabər bir müddət öncə yeni “Hissə-Hissə” kredit kartını təqdim edib. Beləliklə, indi minlərlə kart sahibi dünya şöhrətli geyim brendlərini alıb 12 aya qədər faizsiz və hissə-hissə ödəmə imkanına malikdirlər.
“Bank of Baku”nun innovativ kart məhsulları sırasına daxil olan ən son yeniliyi isə “Dostlar klubu” layihəsi çərçivəsində verilən imtiyazlı kartlardır. “Bank of Baku” ilə 12 ay və daha çox müddət əməkdaşlıq edən müştərilərə verilən “Gümüş”, “Qızıl” və “Brilyant” kartlar sayəsində onlar az komissiya haqqı ödəmək, sərfəli faizlə 5000 manata qədər kredit götürmək imkanına, habelə təcili hallar üçün ekspress kredit xəttinə yiyələnirlər. Qısa müddət ərzində bu kartlar minlərlə müştəriyə paylanılıb və onlar bu güzəştlərdən bəhrələnməkdədirlər.
Müştəriləri yeni xidmətləri ilə məmnun etməyə çalışan “Bank of Baku” cari ilin ikinci yarısı ərzində irimiqyaslı digər bir kart layihəsinə start verəcək. Layihə üzərində işlər başa çatan kimi istehlakçılara bu barədə geniş və ətraflı məlumat veriləcək.
Bu arada marketinq araşdırmaları sahəsində nüfuzlu nəşr olan “Facemark”ın bu yaxınlarda keçirdiyi bank sorğusunda “Bank of Baku” “Facebook” istifadəçilərinin ən çox səsini toplayan bank olub. “Hansı bankın fəaliyyətini daha çox bəyənirsiniz” sualına cavab verənlərin 30,2%-i “Bank of Baku”nun adını çəkib. “Bank of Baku” habelə bir sıra digər rəy mərkəzlərinin sorğularında ön mövqelərdə qərarlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR