Dünya Bankı: Azərbaycanda cari əməliyyatlar balansının ÜDM-ə nisbəti bu il 25%-ə çatacaq

Dünya Bankı: Azərbaycanda cari əməliyyatlar balansının ÜDM-ə nisbəti bu il 25%-ə çatacaq
# 13 iyun 2012 11:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda cari əməliyyatlar balansının ÜDM-ə nisbətinin 2012-ci ildə 24,9% olacağı proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu barədə Dünya Bankının hazırladığı yeni iqtisadi icmalda bildirilir.

Eyni zamanda, 2013-cü ildə bu göstəricinin 21,6%, 2014-cü ildə isə 18,0% olacağı gözlənilir.

Qeyd edək ki, Dünya Bankının hesablamalarına görə, 2011-ci ildə cari əməliyyatlar balansının ÜDM-ə nisbəti 27,8% səviyyəsində olub, halbuki Dövlət Statistika Komitəsinin və Mərkəzi Bankın məlumatlarına əsasən, 2011-ci ildə bu göstərici 34,2%-ə bərabər olub.

Ümumilikdə, tərkibində əsas yeri xarici ticarət balansı tutan cari əməliyyatlar balansı Azərbaycanda hər zaman müsbət olur ki, bunun da əsas səbəbi ixracın idxalı dəfələrlə üstələməsi ilə bağlıdır. Adətən analoji vəziyyət xammal ixrac bütün ölkələrdə müşahidə olunur, çünki xammal, o cümlədən enerji daşıyıcıları idxal edən ölkələrdə cari əməliyyatlar balansı mənfi olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR