Azərbaycanda illik inflyasiya 2,5%-ə düşüb

Azərbaycanda illik inflyasiya 2,5%-ə düşüb
# 13 iyun 2012 13:07 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar-may aylarına nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,1%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, xidmət tarifləri isə 1,9% bahalaşıb.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 2,7% təşkil edib. Göründüyü kimi, ölkədə inflyasiya yanvar-may aylarında 0,2 faiz bəndi zəifləyib.

Xatırladaq ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2012-ci ildə ölkədə inflyasiyanın səviyyəsi 6%, 2013-cü ildə – 5%, 2014-cü ildə 5,3%, 2015-ci ildə isə 4,8% təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR