Maliyyə Nazirliyi: Səlahiyyətlərimizə aid olan bütün növ xidmətlər elektron qaydada həyata keçirilir
13 iyun 2012 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi səlahiyyətlərinə aid olan bütün növ xidmətləri elektron qaydada həyata keçirir. Bu barədə «APA-Economics»ə nazirliyin mətbuat xidmətindən bildirilib.
Mətbuat xidmətindən həmçinin bildirilib ki, Maliyyə Nazirliyində elektron hökumət xidmətləri dövlət büdcəsinin layihəsinin tərtibatı, dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması, bələdiyyələr tərəfindən təqdim edilən məlumatlar və göstəricilər, sığorta fəaliyyəti, qiymətli metallar və qiymətli daşlarla bağlı fəaliyyət, ciddi hesabat blanklarının hazırlanması, o cümlədən maliyyə və statistik hesabatların qəbulu üzrə formalaşmaqdadır. Elektron xidmətlər bölməsi nazirliyinin www.maliyye.gov.az rəsmi internet səhifəsində fəaliyyət göstərir.
«Maliyyə Nazirliyinin göstərdiyi elektron xidmətlərə «Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması», «Bələdiyyələr tərəfindən təqdim edilən rüblük maliyyə məlumatları və göstəriciləri», «Sığorta fəaliyyətlərinə lisenziya almaq üçün müraciət», «Hüquqi və fiziki şəxslərə qiymətli metallar və qiymətli daşlar ilə bağlı fəaliyyət üçün xüsusi razılığın (lisenziya) verilməsi», «Hüquqi və fiziki şəxslərə ciddi hesabat blanklarının hazırlanması üçün xüsusi razılığın (lisenziya) verilməsi», «Qeyri-hökumət, büdcə və kommersiya təşkilatların maliyyə hesabatların qəbulu», «Qiymətli metallar və qiymətli daşlar ilə bağlı fəaliyyətin statistika hesabatı» və «Ciddi hesabat blanklarının hazırlanması ilə bağlı fəaliyyətin statistika hesabatı» kimi bloklar daxildir», - deyə nazirlikdən bildirilib.
Bundan başqa, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması da elektron qaydada aparılır: «Həmin hesabatların Maliyyə Nazirliyinin rəsmi internet saytı vasitəsilə qəbul olunması məqsədilə tətbiq olunan proqram təminatında təşkilatlara elektron sənəd mübadiləsi üçün istifadəçi kodunun, birdəfəlik giriş üçün şifrənin verilməsi, hesabat formalarının yüklənməsi, doldurulması və göndərilməsi, göndərilmiş hesabatların baxılması və qəbulu mərhələlərinin izlənilməsi, hesabatların qəbulu ilə bağlı yaranan suallar üzrə yazışmaların aparılması, elektron sənədlərin beynəlxalq standartlara uyğun təhlükəsizlik sertifikatı ilə şifrələnməsi və s. nəzərdə tutulub. Təşkilatlar hesabat göstəricilərini nazirliyin rəsmi internet səhifəsinin «Dövlət Xəzinədarlığı Agentliyi» sahəsində yerləşdirilmiş iş yerindən göndərməlidir».
Maliyyə Nazirliyi həmçinin xəzinədarlığın idarə edilməsinin avtomatlaşdırılmış informasiya sistemini ölkə miqyasında geniş tətbiq edir: «Belə ki, bütün rayon, şəhər xəzinədarlıq idarələri Baş Dövlət Xəzinədarlığı ilə birbaşa fiber-optik kabel və peyk sistemi ilə əlaqələndirilib və bütün növ xəzinə əməliyyatlarının icrasının və uçotunun real vaxt rejimində həyata keçirilməsi təmin olunub. Nəticədə Azərbaycan ərazisində büdcə əməliyyatlarının icrasının sürəti və keyfiyyəti ciddi şəkildə yüksəlib».
Hazırda büdcənin icrası ilə yanaşı, büdcənin formalaşdırılması prosesi və onunla əlaqədar olan bütün nov əməliyyatların da tam avtomatlaşdırılması istiqamətində işlər aparılır. Artıq büdcə təşkilatlarının əsas vəsaitlərinin uçotunu, büdcənin proqnozlaşdırılmasını, əmək haqlarının hesablanmasını, kadr uçotunu və sair istiqamətləri tənzimləyən müvafiq proqram təminatı hazırlanıb: «Elektron-hökumət layihəsinin ən vacib sahələrindən olan dövlət orqanlarında elektron sənəd dövriyyəsi və elektron imza artıq Maliyyə Nazirliyində tətbiq olunur».

Maliyyə
SOCAR bu il 2,5 mlrd. manatdan çox kredit cəlb edib
10:59
4 oktyabr 2024
Daha bir sığorta şirkəti İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarılıb
10:19
4 oktyabr 2024
Bu günün valyuta məzənnələri
09:16
4 oktyabr 2024
DVX: Milli İqlim Dəyişiklikləri Strategiyası üzərində çalışırıq
17:27
3 oktyabr 2024