Fransada dövlət şirkətləri rəhbərlərinin maaşı azaldılır

Fransada dövlət şirkətləri rəhbərlərinin maaşı azaldılır
# 14 iyun 2012 09:13 (UTC +04:00)
Bakı – APA-Economics. Fransada dövlət şirkətləri rəhbərlərinin illik maaşı 450 min avrodan çox olmayacaq. “APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bunu Fransanın maliyyə naziri Pyer Moskovisi deyib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq qərar iyul ayının sonuna qədər qəbul olunacaq və elə bu ildən də qüvvəyə minəcək. Hazırda 20-yə yaxın dövlət şirkətinin rəhbəri göstərilən məbləğdən çox əməkhaqqı alır.

Qeyd edək ki, rəhbər vəzifəli şəxslərin maaşlarının azaldılması Fransanın yeni prezidenti Fransua Ollandın seçki proqramının əsas müddəalarından biri olub. Onun ilk qərarı prezidentin və nazirlərin əməkhaqqının 30% azaldılması haqqında olub. Nəticədə nazirlərin illik maaşı 14,2 min avrodan 9,9 min avroya, prezident və baş nazirin əmək haqqı isə 21,3 min avrodan 14,9 min avroya qədər azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR