«AzSığorta» nizamnamə kapitalını artırır

«AzSığorta» nizamnamə kapitalını artırır
# 14 iyun 2012 11:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «AzSığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 203 min manat, sayı 100 ədəd, emissiyanın ümumi həcmi isə 20,3 mln. manat təşkil edir. Emissiya «AzSığorta»nın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 198 597,18 manat olan 100 ədəd və 19 859 718 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra şirkətin nizamnamə kapitalı 2,2% artaraq 20,3 mln. manata çatacaq.

Qeyd edək ki, «AzSığorta» 2006-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalının həcmi 19 859 718 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR