«Günay Sığorta» şirkəti yanvar-may aylarını 30 min manat zərərlə başa vurub

«Günay Sığorta» şirkəti yanvar-may aylarını 30 min manat zərərlə başa vurub
# 14 iyun 2012 12:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günay Sığorta» şirkətinin 2012-ci ilin yanvar-may aylarında topladığı sığorta haqlarının həcmi 236,390 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 21% çoxdur.

Şirkətin baş mühasibi Həlimə Əliyevanın «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə ən çox sığorta haqqı «Əmlakın yanğından və digər risklərdən sığortası» (100,223 min manat), «Avtomobillərin KASKO sığortası», (58,561 min manat) və «Tibbi sığorta» (45,928 min manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu daxilolmalarda payı müvafiq olaraq 42,4%, 25% və 19,4% təşkil edib.

H.Əliyevanın sözlərinə görə, bu ilin yanvar-may aylarında sığorta riskləri üzrə 67,502 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,6% azdır.

Ödənişlərə gəldikdə, 49,653 min manat (məcmu ödənişdə payı 74%) «Avtomobillərin kasko sığortası» növü, 14,482 min manat (21%) «Tibbi sığorta» və 3,157 min manat «Əmlakın yanğından və digər risklərdən sığortası» növü (4,7%) üzrə ödəniş aparılıb.

Qeyd edək ki, bu ilin ilk 5 ayında şirkətin gəlirləri 32,050 min manat, xərcləri isə 62,050 min manat təşkil edib. Nəticədə, şirkət hesabat dövrünü 30 min manat zərərlə başa vurub. Ötən ilin yanvar-may aylarında isə şirkət 13 min manat mənfəətlə işləyib.

Xatırladaq ki, səhmdarları «Günaybank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) olan «Günay Sığorta» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Hazırda şirkət 18 könüllü sığorta növü üzrə xidmət göstərir. Cari ilin iyunun 1-nə şirkətin nizamnamə kapitalı 3,550 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR