Azərbaycanda SSRİ dövründən qalan bank əmanətlərinin qaytarılması çərçivəsində indiyədək 17,4 mln. manat ödənilib

Azərbaycanda SSRİ dövründən qalan bank əmanətlərinin qaytarılması çərçivəsində indiyədək 17,4 mln. manat ödənilib
# 14 iyun 2012 13:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 1-də başlanan «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında» prezident fərmanının icrası çərçivəsində iyunun 13-dək fərdi birdəfəlik ödəmələri həyata keçirən «Kapital Bank»a 123 322 müraciət daxil olub. Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu müraciətlərdən 61 148-i Bankın Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinə təqdim edilib.

Göstərilən müddət ərzində 28 760 əmanətçiyə ümumilikdə 17 365 589 manat məbləğində fərdi birdəfəlik ödəmə verilib. İtmiş yaxud təqdim edilmək üçün yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə bu müddətdə Banka daxil olan müraciətlərin sayı isə 2 216 olub.

Bankdan bildirilib ki, «Kapital Bank»ın xidmət məntəqələri iyunun 16-da da fəaliyyət göstərəcək. Həmin gün müraciətlərin qəbulu deyil, yalnız ödəmələrin verilməsi həyata keçiriləcək və indiyə qədər sənədlərini Banka təqdim etmiş, qəbz üzrə müraciətinin icra müddəti başa çatmış əmanətçilər şənbə günü, günün birinci yarısında Bankın xidmət məntəqələrinə fərdi birdəfəlik ödəməni almaq üçün müraciət edə biləcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR