Müşahidə Şurasının sədri Rövşən İsmayılov: «Texnikabank»ın fəaliyyətində artıq ilk pozitiv dəyişikliklər müşahidə olunur»

Müşahidə Şurasının sədri Rövşən İsmayılov: «Texnikabank»ın fəaliyyətində artıq ilk pozitiv dəyişikliklər müşahidə olunur»
# 14 iyun 2012 15:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin fəaliyyətində artıq ilk pozitiv dəyişikliklər müşahidə olunur. «APA-Economics»in məlumatına görə, bunu bildirən bankın Müşahidə Şurasının sədri Rövşən İsmayılovun sözlərinə əsasən, artıq bankda 55 mln. manatlıq ehtiyatlar yaradılıb.

R.İsmayılov bildirib ki, bank həmçinin müştəri bazası ilə fəaliyyəti gücləndirib və nəticədə bu ay ərzində əhalinin depozitlərində müsbət dinamika yaranıb. Son məlumatlara görə, əmanətlərin həcmi 105,7 mln. manat təşkil edib ki, bu da ayın əvvəli ilə müqayisədə 600 min manat çoxdur. Eyni zamanda, borcalanlarla aparılan iş nəticəsində aprel ayından 50 mln. manat həcmində kreditlərin ödənilməsi həyata keçirilib. Bundan əlavə, bu ilin II rübü ərzində bankın xərclərinin 4 mln. manat azaldılması mümkün olub.

Qeyd edilir ki, Müşahidə Şurası tərəfindən bankın təşkilati strukturunun dəyişdirilməsi ilə bağlı qərar hazırlanıb və bu, biznes prosesləri və əməkdaşların sayının optimallaşdırılması, xərclərin azaldılmasına imkan verəcək. Əməyin qiymətləndirilməsi və motivasiyası sistemi hazırlanıb və avtomatlaşdırılmış bank sisteminin tətbiqi prosesinə start verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR