Gələn həftə daxili auditorlar üçün kurslar keçiriləcək

Gələn həftə daxili auditorlar üçün kurslar keçiriləcək
# 16 iyun 2012 09:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev–APA-Economics. İyunun 18-də Azərbaycan Auditorlar Palatası daxili auditorlar üçün kurslara başlayacaq.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, «Daxili auditin əsasları» mövzusunda keçiriləcək kursları Auditorlar Palatası və Beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) «Audit-Azərbaycan» İnstitutunun mütəxəssisləri tərəfindən aparılacaq.

Kursun keçirilməsində əsas məqsədi təsərrüfat subyektlərinin idarə edilməsinin səmərəliliyinin artırılması üçün daxili auditor kadrlarının hazırlanmasıdır.

Qeyd edək ki, kursun sonunda iştirakçılara müvafiq sertifikatlar veriləcək. Kurslar ödənişli əsaslarla həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR