Azərbaycanda maye qaz sahəsində yeni fəaliyyətə başlamış şirkət nizamnamə kapitalını formalaşdırır

Azərbaycanda maye qaz sahəsində yeni fəaliyyətə başlamış şirkət nizamnamə kapitalını formalaşdırır
# 18 iyun 2012 08:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda maye qaz sahəsində fəaliyyətə yeni başlamış «Məişət Maye Qaz» şirkəti nizamnamə kapitalını formalaşdırır.

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, QKDK «Məişət Maye Qaz» QSC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb. Səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 1 555 260 ədəd, emissiyanın ümumi həcmi isə 3 110 520 manat təşkil edir.
Səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

Qeyd edək ki, «Məişət Maye Qaz» QSC cari ilin may ayında Vergilər Nazirliyində dövlət qeydiyyatından keçib. Nizamnamə kapitalı 3 110 520 manat olan şirkətin qanuni təmsilçisi Rasim Ramiq oğlu Salmanov, təsisçilər isə «Femida» MMC və Rasim Ramiq oğlu Salmanovdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR