Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 5% azalıb

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 5% azalıb
# 18 iyun 2012 10:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın 2012-ci ilin I rübü üzrə tədiyyə balansında əks olunan gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 1 723,0 mln. dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, bunun 1 504,0 mln. dollarını və ya 87,3%-ni Azərbaycandan ödənişlər, 219,0 mln. dollarını və ya 12,7%-ni ölkəyə gəlirlərlə bağlı olan daxilolmalardır təşkil edib.

Beləliklə, 2012-ci ilin I rübündə gəlirlər üzrə tədiyyə balansında 1 285,1 mln. dollar məbləğində mənfi saldo yaranıb ki, bu da əvvəlki ilə nisbətən 4,6% azdır. Göründüyü kimi, ümumilikdə gəlirlər üzrə Azərbaycandan olan ödənişlər Azərbaycana daxil olan ödənişləri 6,9 dəfə üstələyir.

Azərbaycandan ödənişlərin əsas hissəsini (1 242,0 mln. dollar) beynəlxalq neft-qaz konsorsiumlarının xarici investorlarının payına düşən gəlirlərinin repatriasiyası (əsasən xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (36,5 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (70,5 mln. dollar) təşkil edir.

Gəlirlər üzrə mənfi saldonun 1 269,5 mln. dolları və ya 98,8%-ni neft-qaz sektorunun, 15,6 mln. manatı və ya 1,2%-ni isə digər sahələrin payına düşür. Neft-qaz sektoru üzrə ödənişlər daxilolmaları 1 319 dəfə üstələyir (ödənişlər 1 270,5 mln. dollar, daxilolmalar 963 min dollara bərabərdir). Digər sahələr üzrə həmin nisbət cəmi 7%-dir (ödənişlər 233,6 mln. manat, daxilolmalar 218,0 mln. manata bərabərdir).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR