“ABB-Moskva” yeni əmanət növü təklif edir

“ABB-Moskva” yeni əmanət növü təklif edir
# 18 iyun 2012 10:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə bankı olan “ABB-Moskva” yüksəlmiş faiz dərəcələrə malik olan “Yubiley gəlir” adlı yeni əmanət növü təklif edir.

ABB mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, əmanətin şərtlərinə əsasən rublda əmanətlərin faiz dərəcəsi 12 aylıq üzrə 11%, 24 aylıq üzrə 11,15%, dollarda əmanətlərin faiz dərəcəsi 12 aylıq üzrə 6,5%, 24 aylıq üzrə 6,8%, avro üzrə isə bu göstəricilər müvafiq olaraq 6% və 6,3% təşkil edir.

Əmanətlərin minimal məbləği 12 aylıq əmanəti üzrə 30 min rubl, 1 min dollar və ya 1 min avro, 24 aylıq üzrə isə 300 min rubl, 10 min dollar və ya 10 min avro təşkil edir. Əmanətlər üzrə faiz ödəmələri müddətin sonunda həyata keçirilir. Bu növ əmanətlərin qəbulu iyunun 15-dən sentyabrın 15-nə qədər nəzərdə tutulur.

Qeyd edilir ki, bu növ əmanəti üzrə müqavilə bağlananda müştəri kredit limiti ilə olan “MasterCard Standard” kartı almağa imkan əldə edir.

“ABB-Moskva” Azərbaycan Beynəlxalq Bankının 100%-lik törəmə bankı kimi 2002-ci ildə yaradılıb. “ABB-Moskva”nın Moskva, Sankt-Peterburq və Yekaterinburqda filial və şöbələri var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR