Azərbaycan əhalisinin banklardakı əmanətləri son bir ildə 29% artıb

Azərbaycan əhalisinin banklardakı əmanətləri son bir ildə 29% artıb
# 18 iyun 2012 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin mayın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 29,2% artaraq 4,3 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, milli valyuta ilə vəsait qoyuluşu 2,4 mlrd. manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1,9 mlrd. manat olub.

Ötən ilin analoji dövrü ilə müqayisədə milli valyutada qoyulan vəsaitin həcmi 50%, xarici valyutada qoyulmuş əmanətlərin həcmi isə 5,5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR