“DəmirBank” dövlət qulluqçuları üçün güzəştli kredit kampaniyasına başlayıb

“DəmirBank” dövlət qulluqçuları üçün güzəştli kredit kampaniyasına başlayıb
# 18 iyun 2012 12:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC 23 iyun - dövlət qulluqçularının peşə bayramı münasibətilə güzəştli kredit kampaniyasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya bu il iyulun 31-dək davam edəcək.

Kampaniya çərçivəsində dövlət qulluqçularına (daxili işlər, ədliyyə, vergi, xarici işlər, gömrük və s. dövlət qurumlarında işləyənlərə) bankın kredit məhsulları üzrə (ipoteka, avtomobil, biznes və tərəfdaşlarla kreditlə satış istisna olmaqla) faiz dərəcəsində 3% güzəşt tətbiq olunur. Bundan əlavə, kampaniya üzrə müştərinin həyat və qabiliyyətinin bankın xeyrinə sığortalanması tələb edilmir.

Qeyd edək ki, «DəmirBank» mütəmadi olaraq müxtəlif xidmətlər üzrə kampaniyalar keçirir. Bank müştərilər üçün 8 mart - Beynəlxalq Qadınlar Günü, Neftçilər Günü, Rabitəçilər Günü, Səhiyyə İşçiləri Günü, Dövlət Qulluqçuları Günü, müqəddəs Ramazan və Qurban bayramları münasibətilə güzəştli aksiyalar keçirib.

Xatırladaq ki, «DəmirBank» 1989-cu ildən «Azərdəmiryolbank» kimi fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR