Azərbaycan prezidenti Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş və yeni regional direktorlarını qəbul edib

Azərbaycan prezidenti Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş və yeni regional direktorlarını qəbul edib
# 18 iyun 2012 12:57 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Əsəd Alamı və bu vəzifəyə yeni təyin olunmuş Henri Keralini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Dünya Bankı arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Əsəd Alama təşəkkürünü bildirib.

Müstəqilliyin ilk illərində Azərbaycanda Dünya Bankının dəstəyi ilə mühüm işlərin həyata keçirildiyini vurğulayan prezident İlham Əliyev ölkəmizin gələcək inkişafı ilə bağlı yaxşı perspektivlərin və çoxlu planların olduğunu deyib. O, Azərbaycanla Dünya Bankı arasında müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, səhiyyə, bərpa olunan enerji sahələrində və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Əsəd Alam Azərbaycanda fəaliyyət göstərməsindən qürur hissi keçirdiyini vurğulayaraq, Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı prezident İlham Əliyevin verdiyi tövsiyələrin önəmini qeyd edib. Dünya Bankının Cənubi Qafqaz üzrə yeni direktoru Henri Kerali isə təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığın bundan sonra da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR