Azərbaycanda cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbəti azalıb

Azərbaycanda cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbəti azalıb
# 19 iyun 2012 08:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbəti 2012-ci ilin I rübü üzrə 29,7% təşkil edib.

APA-Economics”in hesablamalarına görə, ötən ilin I rübünün eyni göstəricisinə nisbətən 7 faiz bəndi səviyyəsində azalma müşahidə olunur.

Müqayisə üçün qeyd edək ki, 2011-ci ilin yekunlarına görə cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbəti 34,2% təşkil edib.

Cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbətinin bu dərəcədə yüksək olmasının əsas səbəbi ticarət balansının müsbət saldosunun böyük olmasıdır. Bunun əsas səbəbi isə öz növbəsində neft-qaz sektoru üzrə ixracın ölkənin idxalını dəfələrlə üstələnməsidir. Belə ki, 2012-ci ilin I rübü ərzində təkcə neft-qaz sektoru üzrə ixracın həcmi 8,6 mlrd. dollara, ölkənin ümumi idxalı isə 2,154 mlrd. dollara, o cümlədən qeyri-neft idxalı 1,963 mlrd. dollara bərabər olub.

Cari əməliyyatlar hesabının balansının qeyri-neft ÜDM-ə nisbəti rüb üzrə 72,9% təşkil edib ki, bu da ötən ilin I rübünün eyni göstəricisindən 4,4 faiz bəndi azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR