Azərbaycanın səhm bazarı bu ilin I rübündə 47% artıb

Azərbaycanın səhm bazarı bu ilin I rübündə 47% artıb
# 19 iyun 2012 09:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda son 8 ildə mütəşəkkil qiymətli kağızlar bazarında ticarət dövriyyəsi 90,6 dəfə, o cümlədən dövlət istiqrazları ilə ticarətin həcmi 16,5 dəfə, korporativ istiqrazlarla əməliyyatların həcmi isə 40,5 dəfə artıb.

«APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin aparat rəhbəri Bəxtiyar Əzizov bildirib.

Onun sözlərinə görə, qabaqcıl maliyyə institutlarının təsisçiliyi ilə 100% özəl sərmayə əsasında yaranan qiymətli kağızlarla ticarətin mütəşəkkil meydançası olan Bakı Fond Birjasının ticarət dövriyyəsinin ÜMD-ə nisbəti 1,1%-dən 16,8%-ə çatıb.

B.Əzizov həmçinin qeyd edib ki, bazarın əsas oyunçularından olan Milli Depozit Mərkəzi saxlancda olan aktivlərinin həcmini 6,5 mlrd. manata çatdırıb: «İndiyədək 1700-dən artıq emitentlə xidmət müqavilə bağlanılıb və 100 mindən artıq depo hesablara xidmət göstərilir. Artım dinamikasına gəldikdə, qeyd etməliyəm ki, 2011-ci ildə səhm bazarında əməliyyatların həcmi iki dəfə, 2012-ci ilin birinci rübündə isə 47% artıb».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR