«Atəşgah Sığorta» yanmış ev üçün 20 min manat ödəniş edib

«Atəşgah Sığorta» yanmış ev üçün 20 min manat ödəniş edib
# 19 iyun 2012 13:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti daşınmaz əmlakın könüllü sığortası üzrə iri sığorta ödənişi həyata keçirib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Novxanı qəsəbəsində yerləşən ikimərtəbəli bağ evində baş verən yanğın hadisəsinə görə sığorta ödənişinin məbləği 20 min manat təşkil edib.

Qeyd edək ki, “Atəşgah Sığorta” şirkəti tərəfindən “Daşınmaz əmlakın könüllü sığortası” növü müxtəlif risklər, o cümlədən yanğın, partlayış, ildırım vurması, idarə olunan uçuş aparatları və yaxud parçalarının düşməsi, suyun təsiri (su təminatı, kanalizasiyası, yanğınsöndürmə sistemlərində baş verən qəza nəticəsində baş verən hadisə, qonşu mənzillərdən suyun daxil olması, xarici təsirlər (avtonəqliyyat vasitələrinin vurması nəticəsində baş verən hadisə), təbii hadisələr və fəlakətlər, üçüncü şəxslərin qanuna zidd hərəkətləri (oğurluq, soyğun, qarət, sığortalanmış əmlaka - üçüncü şəxslər tərəfindən qəsdən zərər yetirmə, dələduzluq, vandalizm) kimi hallar sığortalanır.

Qeyd edək ki, «Atəşgah Sığorta» şirkəti 1996-cı ilin sonunda təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR