Dünya Bankının Cənubi Qafqaz regionu üzrə yeni direktoru təyin olunub - FOTO

Dünya Bankının Cənubi Qafqaz regionu üzrə yeni direktoru təyin olunub - <font color=red>FOTO</font>
# 19 iyun 2012 13:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dünya Bankının (DB) Cənubi Qafqaz regionu üzrə təyin olunmuş yeni direktoru Azərbaycan hökumətinə təqdim edilib. «APA-Economics»in məlumatına görə, bu barədə yeni təyinatla bağlı keçirilən mətbuat konfransında çıxış edən DB-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Cozef Ouen bildirib.

Onun sözlərinə görə, bu vəzifədə 3,5 il çalışan Əsəd Alamı bundan öncə Cənubi Qafqaz regionu üzrə nəqliyyat proqramının rəhbəri vəzifəsində çalışan Henri Kerali əvəz edəcək: «O, vəzifəsinin icrasına cari ilin iyulun 1-dən etibarən başlayacaq».

C.Ouen onu da bildirib ki, iyunun 17-dən etibarən Bakıda səfərdə olan H.Kerali artıq Azərbaycan prezidenti İlham Əliyevə təqdim edilib. Eyni zamanda Cənubi Qafqaz üzrə yeni regional direktor Azərbaycanın dövlət qurumlarında bir sıra görüşlər keçirib və bu gün Azərbaycanın baş naziri Artur Rasizadə ilə də görüşüb.

«Ə.Alam isə Pretoriyada DB-nin Cənubi Afrika üzrə meneceri vəzifəsində fəaliyyətini davam etdirəcək», - deyə C.Ouen bildirib.

Tədbirdə çıxış edən Ə.Alam Azərbaycanda çalışmağından məmnun olduğunu bildirib və DB ilə Azərbaycan hökumətinin sıx əməkdaşlığından danışıb. O, qeyd edib ki, artıq bu ilin sonunda Azərbaycanın DB-yə üzvlüyünün 20 illiyi qeyd olunacaq.

«Hesab edirəm ki, Cənubi Qafqaz üzrə regional menecer vəzifəsində işləyərkən DB ilə Azərbaycan hökuməti arasında əlaqələr bir qədər də inkişaf edib. Tərəflər arasında yolların tikintisi, nəqliyyat, suvarma, səhiyyə, məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması, kənd təsərrüfatı, dəmir yolu və s. sahələrdə uğurlu layihələr həyata keçirilib və bütün bu layihələrin icrası ölkə əhalisinin rifahının yaxşılaşdırılmasında müsbət rol oynayıb», - deyə Ə.Alam bildirib.

Öz növbəsində tədbirdə çıxış edən H.Kerali qeyd edib ki, DB ilə Azərbaycan müxtəlif sahələrdə əməkdaşlığı bir qədər də dərinləşdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR