Dünya Bankının yeni regional direktoru bankın rəhbərliyindən hansı göstərişləri aldığını açıqlayıb

Dünya Bankının yeni regional direktoru bankın rəhbərliyindən hansı göstərişləri aldığını açıqlayıb
# 19 iyun 2012 14:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru Henri Kerali fəaliyyəti zamanı rəhbərlikdən hansı göstərişləri aldığını açıqlayıb.

«APA-Economics»in məlumatına görə, yeni təyinatla bağlı keçirilən mətbuat konfransında çıxış edən H.Kerali qeyd edib ki, DB rəhbərliyi ona standart tapşırıqlar verib: «Rəhbərliyin mənə verdiyi əsas göstərişlərdən biri DB ilə Azərbaycan arasında münasibətləri daha da gücləndirmək, bankın ölkəyə ayırdığı maliyyənin əhaliyə xeyir gətirdiyinə əmin olmaq, layihələrin icrasının səmərəliyini izləmək və layihənin icrasından öncə qoyulan məqsədlərə vaxtında çatmaq, vəsaitin təyinatı üzrə istifadəsidir».

H.Kerali onu da bildirib ki, ümumiyyətlə, DB Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı bir qədər də dərinləşdirməlidir.

Qeyd edək ki, H.Kerali bundan öncə DB-nin Cənubi Qafqaz regionu üzrə nəqliyyat proqramının rəhbəri vəzifəsində çalışıb. Bu vəzifədə 3,5 il çalışan Əsəd Alamı əvəz edəcək. H.Kerali vəzifəsinin icrasına cari ilin iyulun 1-dən etibarən başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR