Rusiya BVF-yə 10 mlrd. dollara ayıracaq

Rusiya BVF-yə 10 mlrd. dollara ayıracaq
# 20 iyun 2012 08:27 (UTC +04:00)
Bakı – APA-Economics. Meksikanın Los-Kabos şəhərində keçirilən G20 sammiti başa çatıb. “APA-Economics”in xəbərinə görə, sammitin sonunda yekun bəyannamə qəbul olunub.

Yekun mətbuat konfransında çıxış edən Rusiya prezidenti Vladimir Putin görüşün əsas nəticələrindən biri kimi Beynəlxalq Valyuta Fondunun (BVF) ehtiyat bazasının 430 mlrd. dollara qaldırılmasını qeyd edib: “Bu, dünya iqtisadiyyatının stabilləşdirilməsi və maliyyə bazarlarında risklərin azaldılması üçün zəruridir. Rusiya BVF-nin sərəncamına 10 mlrd. dollar verməyə hazırdır”.

V.Putin BVF-nin ehtiyat bazasının artırılmasından sonra qurumun idarəetməsində də islahat aparılmasını vacib sayıb: “İslahatın məqsədi həm də dinamik inkişaf edən iqtisadiyyata malik ölkələrdə BVF-nin rolunun artırılması olmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR