«Unibank» yeni kredit məhsulu təklif edir

«Unibank» yeni kredit məhsulu təklif edir
# 20 iyun 2012 08:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC iş yerindən arayış təqdim edə bilməyən evdar xanımlara yeni kredit məhsulu təklif edir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, evdar xanımlar daimi iş yeri olan ailə üzvlərinin əmək haqqı barədə arayışları əsasında zaminsiz 2 ilədək 2 500 manat qədər nağd kredit və yaxud 1 illik məbləği 10 min manatadək kredit xətti cəlb edə bilərlər.

Ailə üzvlərinin (həyat yoldaşı və ya övladların) Banka gəlməyi mütləq deyil. Kreditlərin minimal müddəti 3 aydır və tam məbləği ərizəçi xanımın həyat yoldaşının və ya övladlarının təsdiqlənmiş gəlirləri əsasında müəyyən olunur.

Həmçinin qeyd olunur ki, Bakı və Sumqayıt şəhərləri üçün «Evdar xanım» kreditləri üzrə effektiv faiz dərəcəsi illik 16-17% təşkil edir, digər bölgələrdə isə bu kreditlərin real faiz dəyəri illik 18-19%-ə bərabərdir. Nağd kreditin qaytarılması bərabər ödənişlərlə aparılır, kredit xətlərinin ödənişləri üzrə borc qalığına hesablanmış faizlər aylıq, əsas borc isə ixtiyari qaydada ödənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR