«Ata Həyat Sığorta» şirkətinin lisenziya ilə bağlı sənədlərində problemlər aşkarlanıb

«Ata Həyat Sığorta» şirkətinin lisenziya ilə bağlı sənədlərində problemlər aşkarlanıb
# 20 iyun 2012 12:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Ata Həyat Sığorta» şirkətinin lisenziya alması ilə bağlı Maliyyə Nazirliyinə təqdim etdiyi sənədlərdə çatışmazlıqlar olduğundan, həmin sənədlər geri qaytarılıb. Bunu «APA-Economics»ə açıqlamasında Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin sektor müdiri Mahir Abdullayev bildirib.

M.Abdullayevin sözlərinə görə, «Ata Həyat Sığorta» şirkətinin həyat sığortası fəaliyyəti üçün lisenziya almaq məqsədi ilə Dövlət Xidmətinə daxil olan sənədlərində bəzi çatışmazlıqlar olub. Bu çatışmazlıqların aradan qaldırılması üçün Xidmət tərəfindən təsisçi şirkətə müəyyən iradlar bildirilib. «Həmin iradlar aradan qaldırıldıqdan sonra lisenziyanın verilməsi məsələsi yenidən müzakirə edilə bilər. Lakin iradların aradan qaldırılması və problemin həlli ilə bağlı şirkət tərəfindən Xidmətə təkrar müraciət daxil olmayıb», - deyə Nazirlik rəsmisi vurğulayıb.

M.Abdullayev bildirib ki, «Ata Həyat Sığorta» şirkəti ilə yanaşı yeni yaradılan «Standard Live Insurance» şirkətinə də iradlar tutulub: «Bu şirkətdən də təkrar müraciət hələ daxil olmayıb».

Qeyd edək ki, «Ata Həyat Sığorta» şirkəti «Ata Holding» Şirkətlər Qrupunun, «Standard Live Insurance» şirkəti isə «AB Holding»in təsisçiliyi ilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR