Azərbaycanda IPI indeksi artıb

Azərbaycanda IPI indeksi artıb
# 20 iyun 2012 13:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalının indeksi (Industrial Production Index – IPI) 2012-ci ilin may ayında 94,4% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks aprel ayı ilə müqayisədə 8,2 faiz bəndi çoxdur:




IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir. Belə ki, indeks may ayında istehsal edilmiş məhsulun dəyəri (2,739 mlrd. manat) aprel ayında istehsal edilmiş məhsulun dəyərinə (2,900 mlrd. manat) bölünməklə hesablanıb. Eyni zamanda, artıma baxmayaraq indeksin 100%-dən aşağı olması may ayında sənaye istehsalında aylıq müqayisədə azalmanı əks etdirir. Ümumiyyətlə, cədvəldən göründüyü kimi, indeksin dalğavari dinamikası müşahidə olunur ki, bu da sənaye istehsalında qeyri-sabitliyin göstəricisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR