Dünya Bankının missiyası Azərbaycanın baş naziri ilə görüşüb

Dünya Bankının missiyası Azərbaycanın baş naziri ilə görüşüb
# 20 iyun 2012 14:31 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın baş naziri Artur Rasizadə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alamın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, Əsəd Alam Dünya Bankı ilə Azərbaycan hökuməti arasında qarşılıqlı münasibətlərin inkişafına göstərdiyi xüsusi diqqətə görə baş nazirə təşəkkür edərək Bankın ölkədə fəaliyyət göstərməsindən məmnunluğunu bildirib. Sonra o, Dünya Bankının Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru Henri Keralini baş nazirə təqdim edib.

Görüş zamanı Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. DB-nin Cənubi Qafqaz üzrə yeni direktoru Henri Kerali təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığının bundan sonra da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR