«AGBank» «Yay olimpiya oyunlarına pulsuz tur» kampaniyasının qalibini müəyyənləşdirib

«AGBank» «Yay olimpiya oyunlarına pulsuz tur» kampaniyasının qalibini müəyyənləşdirib
# 21 iyun 2012 07:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin «Visa» təşkilatı ilə birgə keçirdiyi «Yay olimpiya oyunlarına pulsuz tur» kampaniyasının qalibi müəyyənləşib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın qalibi Rəşad Əliyev iki nəfərlik «Olimpic» paketi ilə (ümumi məbləği 7 500 dollar) mükafatlandırılıb.

Müqavilə paketi avqustun 4-dən 7-dək qüvvədədir (ilk və son tarix daxil olmaqla). «Hədiyyə paketi»nə Londona ikitərəfli aviabilet, iki nəfərlik proqram (4 gün/3 gecə), hava limanında qarşılama, 4 ulduzlu oteldə 2 nəfərlik yerləşdirmə daxildir.

Qeyd edək ki, kampaniya martın 1-dən mayın 31-dək davam edib.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR