Şamaxıda KİV nümayəndələri üçün keçirilən seminar başa çatıb

Şamaxıda KİV nümayəndələri üçün keçirilən seminar başa çatıb
# 21 iyun 2012 09:28 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov - APA. Vergilər Nazirliyinin Şamaxı rayonundakı Tədris Mərkəzində KİV əməkdaşları üçün keçirilən “Nağdsız ödənişlərin həcminin artırılması və POS-terminallardan istifadənin genişləndirilməsi” mövzusunda ikigünlük seminar başa çatıb.

APA-nın məlumatına görə, 50-yə yaxın jurnalistin iştirak etdiyi tədbirin ikinci günü nazirliyin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev məruzə ilə çıxış edərək, son vaxtlar ölkədə nağdsız ödənişlərin həcminin artırılması və POS-terminallardan istifadənin genişləndirilməsi ilə bağlı intensiv işlər görüldüyünü, amma onlardan istifadə edənlərin sayının çox az olduğunu qeyd edib. Onun fikrincə, bununla bağlı əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi vacibdir.

Bu günədək Azərbaycanda 33 568 POS-terminal quraşdırılıb ki, bu da son beş ildə 21 dəfə artım deməkdir. POS-terminalların 32 582-si obyektlərdə, 986-sı taksilərdə quraşdırılıb. Quraşdırılan POS-terminallar vasitəsilə əhali kifayət qədər nağdsız ödənişlər apara bilər.
Onların hamısı aktivdir və online rejimində işləyir. Onlara nazirliyin operativ strukturları tərəfindən nəzarət olunur.

Seminarda nazirliyin analitik informasiya şöbəsinin baş dövlət vergi müfəttişi Rövşən Məmmədov “Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsində təbliğat işinin rolu”, “GoldenPay” şirkətinin təsisçisi Fərid İsmayılzadə “Elektron ticarət: mövcud vəziyyət və perspektivlər”, Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev “Nağdsız hesablaşmaların tətbiqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda məruzə ediblər.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR