Dünya Bankı Azərbaycanda fond bazarının inkişafına dəstəyini davam etdirəcək

Dünya Bankı Azərbaycanda fond bazarının inkişafına dəstəyini davam etdirəcək
# 21 iyun 2012 13:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı ilə Dünya Bankının (DB) Bakıda səfərdə olan missiyasının rəhbəri xanım Uzma Xəlil arasında görüş keçirilib.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə Komitə ilə DB arasında imzalanmış «Kapital bazarının müasirləşdirilməsi Layihəsi» çərçivəsində məsləhətçi xidmətlərinin satın alınması prosesinin cari statusu, layihənin təşkilati və maliyyə məsələləri, habelə qiymətli kağızlar bazarı haqqında yeni qanun layihəsi müzakirə edilib.
Daha sonra QKDK ilə DB arasında gələcəkdə yeni əməkdaşlıq istiqamətləri və imkanları ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, DB «Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi»nin icrası üçün Azərbaycana 12 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Layihənin icrasına İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən isə 3 mln. dollar ayrılıb. «Kapital bazarının müasirləşdirilməsi Layihəsi» 2010-cu ildə müxtəlif beynəlxalq donor təşkilatlarının maliyyələşdirdiyi və DB tərəfindən idarə edilən «FIRST Initiative» proqramı tərəfindən Azərbaycanda kapital bazarının inkişafı strategiyasının bir hissəsidir. Layihə çərçivəsində 2011-2015-ci illər üçün Azərbaycanda kapital bazarının inkişafı strategiyası və onun icrasına dair ortamüddətli tədbirlər planı hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR