Azərbaycanda hərbçi və dövlət qulluqçularına güzəştli kreditlər veriləcək

Azərbaycanda hərbçi və dövlət qulluqçularına güzəştli kreditlər veriləcək
# 21 iyun 2012 13:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC dövlət qulluqçuları və hərbçilər üçün güzəştli şərtlərlə istehlak kreditləşməsi proqramının icrasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iyunun 23-də və 26-da müvafiq olaraq qeyd olunacaq Dövlət qulluqçuları və Milli Ordu günləri ərəfəsində bank bu peşə sahiblərinə nağd kredit və «AL Kart» kredit xətlərini illik 28% dərəcəsi ilə təklif edir.

Yeni aksiya çərçivəsində 3-24 ay müddətinə 300-5000 manat məbləğində istehlak kreditləri təklif olunur. Borcalanların minimal aylıq gəlirləri 93,5 manat olmalıdır. Bu zaman 2500 manatadək kreditlər «Unibank»ın bütün filiallarında girovsuz və zaminsiz verilir. Bu məbləğdə olan kreditin alınması üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayışın təqdim edilməsi kifayətdir. Kreditin maksimal məbləği müştərinin kredit tarixçəsindən, onun tutduğu vəzifədən, iş stajından və aylıq gəlirindən asılı olaraq müəyyən olunur.

Aksiya iyulun 20-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR