Azərbaycan Maliyyə Nazirliyi kommersiya təşkilatlarına müraciət edib

Azərbaycan Maliyyə Nazirliyi kommersiya təşkilatlarına müraciət edib
# 21 iyun 2012 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi «Mühasibat uçotu haqqında» qanunda edilən bəzi dəyişiklikləri nəzərə alaraq ölkədə fəaliyyət göstərən kommersiya təşkilatlarına müraciət edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Mühasibat uçotu haqqında» qanunla aparılmış dəyişikliklər nəzərə alınmaqla, həmin qanunun 12.2-ci maddəsinə əsasən dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu qanunun 12.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydada təqdim edir.
Bu qanunun 12.1-ci maddəsinə əsasən, kommersiya təşkilatları illik maliyyə hesabatlarını və konsolidə edilmiş maliyyə hesabatlarını dövlət orqanlarına qanunvericilik aktları ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda təqdim edir. Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və konsolidə edilmiş maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qanunun 12.1-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün Nazirlər Kabinetinin «Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydaları» təsdiq edilib.
Həmin qaydaların 3.1-ci maddəsinə uyğun olaraq kommersiya təşkilatları illik maliyyə hesabatlarını və konsolidə edilmiş maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan iyun ayının 30-dək təqdim etməlidir.
Bundan başqa, adıçəkilən qanunun 12.3-cü maddəsinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan və konsolidə edilmiş maliyyə hesabatlarını hazırlayan, habelə bu qanunun 12.2-ci maddəsində qeyd edilən kommersiya təşkilatlarından həmçinin qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və konsolidə edilmiş maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində dərc olunması, qurumun illik maliyyə hesabatının və konsolidə edilmiş maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə mətbu orqanda dərc olunması, qurumun illik maliyyə hesabatlarının və birləşdirilmiş maliyyə hesabatlarının nüsxəsinin qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə hər hansı şəxsə, onun müraciəti əsasında pulsuz təqdim olunması tələb olunur.
Bu qanunun 2.1.9-cu maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlar dedikdə kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları, qeyri-dövlət (özəl) sosial fondları, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər və maliyyə hesabatlarının tərtibi tarixində müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi meyar göstəricilərinin (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) ikisindən yuxarı olan göstəricilərə malik kommersiya təşkilatları nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR