«Royal Bank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb

«Royal Bank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb
# 22 iyun 2012 08:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycanın «Royal Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsi başlanılıb.

BFB-dən «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,20 manat, sayı 2 mln. ədəd, emissiyanın ümumi həcmi isə 400 min manat təşkil edir.

Yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək və başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 1,8% artaraq 22,538 mln. manata çatacaq.

Qeyd edək ki, «Royal Bank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın nizamnamə kapitalı 22,138 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR