Yunanıstanda nazirlərin maaşı 30% azaldılır

Yunanıstanda nazirlərin maaşı 30% azaldılır
# 22 iyun 2012 08:23 (UTC +04:00)
Bakı – APA-Economics. Yunanıstanın yeni hökuməti öz işinə nazirlərin maaşını azaltmaqla başlayacaq.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bunu Yunanıstan Nazirlər Kabinetinin ilk iclasında baş nazir Antonis Samaras bildirib.

Onun sözlərinə görə, kabinet üzvlərinin əməkhaqqı 30% azaldılacaq: “Bizim əlavə vaxtımız yoxdur və təcili nəticələr əldə etmək lazımdır”.

Qeyd edək ki, iyunun 17-də Yunanıstanda yeni parlament seçkiləri keçirilib. Seçkilərdə qalib gələn “Yeni demokratiya” partiyasının lideri Antonio Samaras PASOK və DİMAR partiyalarının dəstəyi ilə yeni hökumət formalaşdırıb. O, iyunun 20-də baş nazir kimi and içərək səlahiyyətlərinin icrasına başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR