Azərbaycanda əsas kapitala xarici sərmayələr son bir ildə 26% artıb

Azərbaycanda əsas kapitala xarici sərmayələr son bir ildə 26% artıb
# 22 iyun 2012 11:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 1 052,6 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən xarici mənbələrdən ölkənin əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 25,5% artıb.

«Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-may aylarında əsas kapitala yönəldilmiş xarici vəsaitin 984,4 mln. manatı (93,5%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya və Fransa investorlarına məxsus olub», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR