Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən sığorta növü üzrə yığımlar 18% artıb

Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən sığorta növü üzrə yığımlar 18% artıb
# 22 iyun 2012 12:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» növü üzrə ümumilikdə 14,125 mln. manat həcmində sığorta haqqı yığılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,3% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə sığorta şirkətləri tərəfindən bu sığorta növü üzrə aparılan ödənişlərin ümumi həcmi 4 dəfə artaraq 50,578 min manata çatıb.

Aparılan təhlilə görə, bu növ üzrə bazarda ən çox sığorta haqqı «Paşa Həyat» sığorta şirkəti tərəfindən toplanılıb. Sonrakı yerləri isə «Atəşgah Həyat» və «Qala Həyat» sığorta şirkətləri bölüşdürür. Bu sığorta növünün bazar üzrə məcmu sığorta haqlarında payı 9,8% təşkil edib.

Xatırladaq ki, Azərbaycanda həyat sığortası üzrə üç şirkət - «Paşa Həyat», «Atəşgah Həyat» və «Qala Həyat sığorta» şirkətləri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR