Dünya Bankı Ermənistana 200 mln. dollar kredit ayıracaq

Dünya Bankı Ermənistana 200 mln. dollar kredit ayıracaq
# 22 iyun 2012 13:42 (UTC +04:00)
Bakı – APA-Economics. Dünya Bankı (DB) növbəti maliyyə ilində (1 iyul 2012 – 30 iyun 2013) Ermənistana 200 mln. dollar kredit ayıracaq.

APA-Econmics”in “ArmenPress”ə istinadən xəbərinə görə, bunu DB-nin Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri departamentinin yeni təyin olunmuş regional direktoru Henri Kerali jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu vəsait təhsil, səhiyyə, yol tikintisi, vergi islahatları, kiçik və orta biznesin inkişafı kimi sahələrə yönəldiləcək.

Qeyd edək ki, son 20 ildə DB Ermənistana 1,6 mlrd. dollar kredit ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR