Almaniya prezidenti avrozonanın xilası üzrə tədbirləri təsdiqləməkdən imtina edib

Almaniya prezidenti avrozonanın xilası üzrə tədbirləri təsdiqləməkdən imtina edib
# 22 iyun 2012 14:52 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniya prezidenti Yoahim Qauk “Avropa Stabilləşdirmə Mexanizminin (ESM) yaradılması haqqında” müqaviləni və “Avropa Birliyində büdcə intizamının sərtləşdirilməsi haqqında” sazişi təsdiqləməkdən imtina edib.

APA-Economics”in Almaniya KİV-nə istinadən xəbərinə görə, prezident bu addımı Federal Konstitusiya Məhkəməsinin xahişi ilə atıb.

Hakim koalisiya adı çəkilən sənədlərin qəbul edilməsi və iyunun 29-da Bundestaqda ratifikasiya olunması üçün uzun sürən danışıqlar aparıb. Danışıqların uzanması Federal Konstitusiya Məhkəməsində onların qanuniliyinə dair şübhə yaradıb. Bu razılaşmalar avrozonanın qorunması, maliyyə böhranı ilə mübarizə və yeni böhranların qarşısını almaq məqsədilə əldə olunub, ölkə parlamentləri tərəfindən ratifikasiyası zəruridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR