Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayənin həcmi 40% artıb

Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayənin həcmi 40% artıb
# 23 iyun 2012 08:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 2 359,3 mln. ABŞ dolları həcmində və ya əvvəlki ildəkindən 39,9% çox xarici investisiya yönəldilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sərmayələrin 45,1%-i (1 064,3 mln. dollar) iqtisadiyyata birbaşa investisiyalar, 22,7%-i (535,6 mln. dollar) maliyyə kreditləri, 32,1%-i isə portfel və digər investisiyalar şəklində daxil olub: «Bu dövrdə qeyri-neft sektoruna 193,5 mln. dollarlıq birbaşa xarici investisiyalar yönəldilib».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR