«Qafqaz Leasing» yeni istiqraz emissiyasına hazırlaşır

«Qafqaz Leasing» yeni istiqraz emissiyasına hazırlaşır
# 25 iyun 2012 07:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Qafqaz Leasing» ASC-nin faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 600 ədəd, emissiyanın ümumi həcmi isə 600 min manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Qafqaz Leasing»in yaxın vaxtlarda istiqrazların yerləşdirilməsinə başlayacağı gözlənilir.

Xatırladaq ki, təsisçisi «NAB» Şirkətlər Qrupu (99%) və İranın bir fiziki şəxsi (1%) olan «Qafqaz Lizinq» ASC 2007-ci ilin oktyabr ayından fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR