Yunanıstan Avropa Birliyinə əməkhaqqı və pensiyaların ixtisarını ertələməyi təklif edib

Yunanıstan Avropa Birliyinə əməkhaqqı və pensiyaların ixtisarını ertələməyi təklif edib
# 25 iyun 2012 08:23 (UTC +04:00)
Bakı – APA-Economics. Yunanıstanın yeni koalision hökuməti Avropa Birliyi (AB) və Beynəlxalq Valyuta Fonduna (BVF) müraciət edərək, büdcənin ixtisarı üzrə son müddətin ən azı iki il – 2016-cı ilədək ertələnməsini xahiş edib.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, hökumət bunu əməkhaqqı və pensiyaların növbəti ixtisarından yayınmaq cəhdi ilə izah edib. Halbuki Yunanıstanın yeni Nazirlər Kabineti indiyədək AB-nin sərt tələblərini qəbul etməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, anti-böhran kredit yardımı proqramı çərçivəsində Yunanıstan 150 min dövlət qulluqçusunu ixtisar etməli, minimum əməkhaqqına yenidən baxmalı, xidmət sahəsində ƏDV-ni 23%-dən 13%-ə endirməlidir.

Xatırladaq ki, iyunun 17-də Yunanıstanda yeni parlament seçkiləri keçirilib. Seçkilərdə qalib gələn “Yeni demokratiya” partiyasının lideri Antonio Samaras PASOK və DİMAR partiyalarının dəstəyi ilə yeni hökumət formalaşdırıb. O, iyunun 20-də baş nazir kimi and içərək səlahiyyətlərinin icrasına başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR